Makiyaj etməsə də gözəllik kraliçası oldu:

"Miss İngiltərə"nin finalçısı müsabiqənin təxminən bir əsrlik tarixində heç bir makiyaj etmədən yarışan ilk gözəllik kraliçası olub.

Metbuat.az xarici mediyaya istinadən xəbər verir ki, 20 yaşlı kollec tələbəsi Melisa Raouf “İndependent” qəzetinə müsahibəsində deyib ki, makyaj etmədən təbii gözəlliyi ilə iştirakçı olmaqla mesaj vermək istəyib:

“Bu, mənim üçün çox vacibdir, çünki müxtəlif yaşlarda olan qızların makiyaj etməyəndə özlərini təzyiq altında hiss etdikləri duyurdum. Əgər insan öz dərisini sevirsə, bu onu xoşbəxt edirsə onu makiyajla örtmək məcburiyyətində qalmamalıdır. Bizi unikal edən qüsurlarımızdır”.

Qeyd edək ki, 20 yaşlı Melisa oktyabrda keçiriləcək milli finala da yenidən makyaj etmədən çıxmağı planlaşdırır.

Melisa Raouf deyir ki, o, "nöqsanları və qüsurları qəbul edir".

Melisa Raouf oktyabrda keçiriləcək "Miss England" finalında yarışacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR