Separatçıların nəfəsi kəsildi, nəzarət-buraxılış məntəqəsi inşa ediləcək -

Xəbər verdiyimiz kimi, ordumuz tərəfindən yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

Bu qələbənin strateji üstünlükləri barədə Metbuat.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev dedi ki, Çağazur və Zabux kəndləri arasında hakim yüksəkliklərin, əsas və yardımçı yolların nəzarətə götürülməsi Azərbaycanın Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsini inşa etməsi ilə nəticələnəcək.

"Biz də Moskvanı "Moskoviya", Sankt-Peterburqu "Leninqrad" adlandıraq" -

Ədalət Verdiyev

“Artıq Ermənistandan Azərbaycan ərazilərinə şəxsi heyətin silah və sursatların minaların daşınmasının qarşısını alacaq. Digər tərəfdən isə Azərbaycan Ermənistanla olan ərazilərin çox vacib bir hissəsinə nəzarəti öz əlinə götürmüş olacaqdır”.

Ordumuzun yeni Laçın yolunun ətrafındakı yüksəklikləri nəzarətə götürməsinin bizim üçün çox mühüm əhəmiyyətə malik olduğunu ifadə edən politoloq Tural İsmayılov saytımıza açıqlamasında bildirdi ki, Laçına köçkünlərimizin təhlükəsiz vəziyyətdə qayıtması üçün orada ordumuzun hərtərəfli nəzarəti labüd idi.


Tural İsmayılov

“Laçının strateji əhəmiyyəti bizim üçün xüsusi önəmlidir. Bu yaxınlarda cənab Prezident Laçına Prezidentin xüsusi nümayəndəsini təyin edərkən də Laçının təhlükəsizliyinin prioritet olduğunu vurğuladı. Bu il ərzində Laçın şəhərinə bizim köçkünlərimizin böyük bir hissəsi geri qaytarılacaq. Bu qayıdış prosesinin təhlükəsiz və ehtimal təhlükələrdən uzaq bir şəraitdə baş verməsi lazımdır. Həm Zabux, həm Sus kəndlərinin Azərbaycanın nəzarətinə qayıtmasından sonra yüksəkliklərdə möhkəmlənmə mütləq vacib idi. Hesab edirəm ki, yeni yüksəkliklərinə nəzarət Azərbaycan ordusunun daha bir uğurudur və bundan sonra Laçına qayıdacaq vətəndaşlarımız özlərini tam güvəndə və təhlükəsiz hesab edəcəklər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR