İran iddiaları rədd etdi:

İran Yunanıstanın paytaxtı Afinada yəhudi icmalarının istifadə etdiyi restoran və sinaqoqa hücum planı ilə əlaqəsinin olması barədə iddiaları rədd edib.

Metbuat.az xəbər verir ki, bu barədə İranın Afinadakı səfirliyinin tvitter hesabında açıqlama verilib. Bildirilib ki, İran sionist mənbələrin yaydığı şayiələri və İrana qarşı əsassız ittihamları qətiyyətlə rədd edir. İran səfirliyi iddia edib ki, İsrail əsassız iddialarla ictimaiyyəti ölkədəki etirazlarla bağlı daxili böhrandan yayındırmağı hədəfləyir.

Qeyd edək ki, Yunanıstanın Vətəndaşların Müdafiəsi Naziri Takis Teodorikakos Milli Kəşfiyyat Təşkilatı və Yunanıstan Terrorla Mübarizə Bölməsinin birgə əməliyyatı nəticəsində terror aktı hazırlığında olan iki İran əsilli pakistanlının saxlanıldığını açıqlayıb. İsrail isə hücumu İranın planlaşdırdığını iddia edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR