Rusiya da bir ölkəyə nüvə silahı yerləşdirmək istəyir

"Rusiya Belarusda olduğu kimi, Moldovada da nüvə silahı yerləşdirmək istəyir".

Metbuat.az xəbər verir ki, Moldova prezidenti Maya Sandu belə açıqlama verib. O bildirib ki, Rusiya Moldovada hakmiyyəti dəyişməyə cəhd edir və bununla bağlı sübutlar var. Prezidentin sözlərinə görə, Rusiya Moldovada Rusiyayönümlü rejim qurmağa çalışır. Maya Sandu Moldovada Rusiyayönümlü hakimiyyətin qurulmasına icazə verməyəcəklərini ifadə edib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahı yerləşdiriləcəyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR