37 yaşında fantastik təklif aldı

Səudiyyə Ərəbistanının “Əl Hilal” klubu PSJ ilə müqavilə yenilənməyən Serxio Ramos üşün iddialı təklif irəli sürüb.

Metbuat.az xəbər verir ki, klub 37 yaşlı futbolçuya illik 30 milyon avro təklif edib. “L'equipe” qəzetinin məlumatına görə, təcrübəli futbolçu hələlik yekun qərarını verməyib. Bununla belə, onun təklifə müsbət yanaşdığı irəli sürülür. Ulduz futbolçu təklifi qəbul edərsə, o, "Əl Nəsr"də çıxış edən Kriştiano Ronaldonun rəqibi olacaq.

Qeyd edək ki, İspaniyalı müdafiəçi Serxio Ramosun PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR