İran İsraili təhdid etdi

İran Xarici İşlər Nazirliyinin rəsmi internet saytında dərc edilən açıqlamada, İsrailin Suriyada həyata keçirdiyi hücumda həlak olan iranlı zabitlərlə bağlı açıqlama verilib.

Metbuat.az xəbər verir ki, nazirliyin sözçüsü Nasir Kənani İsrailin Suriyaya qarşı hücumlarını davam etdirməsini bu ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib.İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İslam İnqilabi Keşikçiləri Korpusu da İsrailin Suriyanın paytaxtı Dəməşqə hücumu ilə bağlı açıqlama verib. Bəyanatda İsrailin hücumlarına cavab veriləcəyi bildirilib.

Qeyd edək ki, ötən həftə İsrail Dəməşqə hücum edib. Hücum zamanı İslam İnqilabi Keşikçiləri Korpusunun üzvləri mayor Milad Haydari və kapitan Mikdad Mehkani həlak olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR