Krallığı qarışdıran iddia:

Böyük Britaniyanın Mühafizəkarlar partiyasının deputatının fahişəxanada oyanması ilə bağlı məlumatlar gündəm olub.

Metbuat.az xəbər verir ki, iddialara görə, deputat həmkarına zəng edərək, “Bura necə gəldiyim yadımda deyil, paltarımı tapa bilmirəm” deyib. O həmkarından kömək istəyib. Britaniya mətbuatının məlumatına görə, bəzi dairələr deputatın kimliyini bilsə də, onun adını açıqlamır.

Bəzi saytlar deputatın kimliyi ilə bağlı müxtəlif adlar irəli sürüblər. Hadisənin bir müddət əvvəl baş verdiyi, lakin indi mətbuata sızdığı bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR