“Finlandiyaya NATO qoşunlarının yerləşdirilib-yerləşdirilməməsi bu ölkənin qərarından asılı olacaq”.
Metbuat.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq hərbi alyansın Brüsseldəki mənzil-qərargahında keçirilən xarici işlər nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlama verib. O bildirib ki, Finlandiya rəsmiləri ilə danışıqlarda bu məsələ hələ müzakirə edilməyib. Stoltenberq bildirib ki, nazirlər görüşdə Ukraynanın NATO standartlarına uyğun avadanlıqlarla təmin edilməsini, eləcə də Kiyevin təcili ehtiyacları ilə bağlı məsələləri müzakirə edəcəklər.
Həmçinin toplantıda Yaponiya, Avstraliya, Cənubi Koreya və Yeni Zelandiya kimi Asiya Sakit Okean bölgəsindəki tərəfdaşlarla əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi də müzakirə ediləcək.