Ağstafada qatar bir nəfəri vuraraq öldürdü

Gəncə Dəmiryolu Xətt Polis Şöbəsinin Ağstafa Xətt Polis Bölməsinə bir nəfərin qatar vurması barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Metbuat.az-a bildirilib ki, dərhal Gəncə Xətt Polis Şöbəsinin və Ağstafa Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində yük qatarının Ağstafa rayon sakini 2009-cu il təvəllüdlü Elşən Bayramovu vuraraq öldürməsi məlum olub.

Hazırda Rayon prokurorluğunda hadisənin başvermə səbəbləri araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR