Azərbaycanın məşhur şirkəti adını və rəhbərini dəyişdi

Azərbaycanda iri qida şirkətlərindən biri “AZ FP CO LTD” MMC (Azerbaijan Food&Packaging Company) rebrendinq edərək bazarda yeni adla çıxış edəcək.

Metbuat.az Banker.az-a istinadən xəbər verir ki, şirkət adını dəyişdirərək “Milla Dairy” Məhdud Məsuliyyətli Cəmiyyəti olacaq.

Digər bir dəyişikliklə Azər Vahab Zadə Adil oğlu yenidən şirkətin baş icraçı direktoru təyin edilib. O 2022-ci iyuluna qədər şirkətin rəhbəri idi. Həmin tarixdən sonra Qabil Əhmədov Müzəffər oğlu bu vəzifəyə təyin edilmişdi.

“Milla” süd məhsullarının istehsalı ilə məşğul olan “AZ FP CO. LTD” MMC 2006-cı ildə yaradılıb.

Digər dəyişikliklə, “Milla Dairy” MMC-nin nizamnamə kapitalı 137 078 966 manat, 4.33 yaxud dəfə artırılmaqla 178 210 004 manata çatdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR