"Real Madrid" "Barselona"nı belə darmadağın etdi -

İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Real Madrid" "Barselona"nı darmadağın edib.

Metbuat.az xəbər verir ki, Barselonada, “Kamp Nou” stadionunda keçirilən oyun 4:0 hesabı ilə paytaxt təmsilçisinin xeyrinə başa çatıb.

Fransalı hücumçu Kərim Benzema son görüşdə 50, 58 (penalti) və 81-ci dəqiqələrdə qol vuraraq het-trik edib. Vinisius Junior birinci hissənin sonunda Kataloniya qapısına daha bir top göndərib.

Martın 2-də Madriddə keçirilən ilk yarımfinal oyunu “Barselona”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. İki görüşün cəminə əsasən, "Real Madrid" turnirin həlledici mərhələsinə vəsiqə sahibi olub.

Finalda Madrid klubu yarımfinalda "Atletik Bilbao"nu məğlub edən "Osasuna" ilə qarşılaşacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR