Deputat güllələnmə anından danışdı:

Xəbər verdiyimiz kimi, deputat Fazil Mustafa güllələnməsindən sonra ilk dəfə Real tv-yə müsahibə verib.

Metbuat.az xəbər verir ki, deputat həmin andan danışıb. Onun sözlərinə görə, dostları ilə Dərnəgül tərəfdə iftar yeməyinə gedib. Bundan sonra isə evə gəlib. O bildirib ki, evə yaxınlaşan zamanheç bir şübhəli məqam hiss etməyib:

"Bizim evimizin darvazası pulta açılır. Yaxınlaşana yaxın pultla darvazanı açmağa başladım. Həmin an qardaşıma yığmaq istədim. İki saat öncə mənə zəng vurmuşdu, vaxtım olmadığı üçün cavablamamışdım. Darvaza 30-40 sm açılmışdı. Maşını darvazanın önündə saxladım. Telefonu əlimə götürəndə birdən parıltı, işıq gördüm. Elə bildim ki, əlimdəki telefon partladı. Həmin an açılan atəş dizimi "tutmuşdu". Çevrilib baxdım ki, görüm bu hardan gəlir. Birdən ağlıma gəldiki, mənə atəş açırlar. İkinci atəş də çiynimi "tutdu"".

Deputat qeyd edib ki, onların neçə nəfər olduğu, hansı istiqamətdə olduğu barədə məlumatı yox idi:

"Mənim təsəvvürümə görə, onlar əks yolda dayanıb mənə atəş açıblar. Əvvəl düşündüm ki, maşından çıxmayım. Geri qayıtmaq, evdəkiləri riskə atmaq istəmədim. Lakin darvaza açıq olduğu üçün qərarımı dəyişdim. Fikirləşdim ki, evə girib qızımla , yoldaşıma atəş aça bilərlər. Telefonu, pultu maşında atıb evə tərəf qaçdım. Yoldaşım qapını açdı, güllə səsini eşitmişdi. Dedim mənim vurdular. Tez polisə yığın. Gözüm kamerada idi, görüm onlar arxamca gələcəklər ya yox. Düşünürəm ki, kameraya düşməmək üçün arxamca gəlmədilər".

Fazil Mustafa bildirib ki, xəstəxanaya gedənək özündə olub. Hətta polisə və təcili tibbi yardıma özüm yığıb: "Şoka düşmədim. Soyuqqanlı idim. Xəstəxanada mənə narkoz vurulanadək olanları xatırlayırdım. Mən hətta yardımlar gələnədək evdə gəzirdim. Yoldaşım ayağımı örpəyi ilə bağlamışdı. 15 dəqiqə keçməmiş sonra sivil polislər gəldi. Yoldaşım onları evə buraxmaq istəmədi. Dedi silahları qoyub girin. Düşündü ki, bəlkə həyətin qapısı açıq olduğu üçün həmin atəş açan adamlar ola bilər. Dedilər ki, biz polisik narahat olmayın. Sonra onlar hər tərəfi yoxladılar və təcili tibbi yardım gəldi".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR