Bitkoinin dəyəri 30 min dolları ötdü

Dünyanın aparıcı kriptovalyutası olan bitkoinin dəyəri ticarət sessiyası zamanı 5%-dən çox artaraq 30,194 min dollara çatıb.

Metbuat.az Coindesk plaformasına istinadən xəbər verir ki, bu qiymət Bakı vaxtı ilə saat 06:00-da qeydə alınıb. "Worldcoinindex" platformasında isə bitkoin 30,399 dollara qədər yüksəlib.

Qeyd edək ki, bitkoinin dəyəri sonuncu dəfə 2022-ci il iyunun 10-da 30 min dolları ötüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR