İki ölkə qaya parçalarını bölə bilmir

Cənubi Koreya Yaponiyanın illik xarici siyasət hesabatında mübahisəli Takeşima adalarına yenidən iddia etməsinə qətiyyətlə etiraz edib.

Metbuat.az xəbər verir ki, Yaponiyanın Xarici İşlər Nazirliyinin ölkənin xarici siyasətinin əsas istiqamətlərini əks etdirən “Diplomatik mavi kitab 2023” hesabatı dərc olunub. Hesabatda Cənubi Koreyanın heç bir hüquqi əsas olmadan mübahisəli adaların “qanunsuz işğalını” davam etdirdiyi qeyd edilib. Cənubi Koreya Xarici İşlər Nazirliyinin sözçüsü Lim Soo-suk isə bildirib ki, Takeşima adaları tarixi, coğrafi və beynəlxalq hüquqa görə Cənubi Koreyanın ərazisidir.

Cənubi Koreya Yaponiyanın ada üzərindəki əsassız suverenlik iddiasına sərt etiraz edib. Cənubi Koreyanın Xarici İşlər Nazirliyi Yaponiyanın Seuldakı səfirinin müavini Kumaqay Naokini nazirliyə çağıraraq məsələ ilə bağlı etirazlarını çatdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR