Elxan Məmmədovun bu sözlərinə jurnalistdən SƏRT REAKSİYA:

İTV-nin efirində yayımlanan "Sabaha saxlamayaq" verilişində jurnalist İlkin Fikrətoğlu AFFA-nın sabiq baş katibi, hazırda FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədovun açıqlamasına sərt cavab verib.

Metbuat.az xəbər verir ki, E.Məmmədov verilişə qoşula bilməyib. Əvəzində isə vatsap üzərindən açıqlama göndərib.

O, açıqlamasında Azərbaycan futbolunun hazırkı durumundan danışa bilməyəcəyini deyib: "Bildiyiniz kimi, bir ildən çoxdur ki, ölkə xaricində FİFA ilə çalışıram. Azərbaycan futbolu ilə bağlı heç bir iclaslarda, qərarlarda yaxından ya da uzaqdan iştirak etmirəm. Ölkənin hazırkı futbol durumu ilə bağlı hər hansı şərh bildirməyim məqsədəuyğun deyil".

İlkin Fikrətoğlu isə sabiq baş katibin açıqlamasına belə reaksiya verib: "Çox rahat. 15 il Azərbaycan futbolunu “böyrü üstə” qoy, sonra get Parisdə otur və mən heç nəyə cavab verə bilmərəm de".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR