16 yaşlı qızın üzərinə hücum edən ilana reaksiyası maraqla qarşılandı -

ABŞ-da yaşayan 16 yaşlı Onya Li adlı qızın nəhəng ilanla mübarizəsi gündəm olub.

Metbuat.az xəbər verir ki, 16 yaşlı qız qonşusunun bağçasından 3 metr uzunluğundakı ilanın ona tərəf gəldiyini müşahidə edib. Yeniyetmə qaçmaq əvəzinə ilanı tutaraq yuxarı qaldırıb və ardınca yerə çırpıb. Yeniyetmə ardınca ilanın başından tutub. Bu zaman ilan qızın qoluna dolanmağa başlayıb. Bununla belə qız ilanı ram edə bilib. Qız sanki ilanla güləşərək onu zərərsizləşdirib. Ardınca yeniyetmə ilanı atasının köməyi ilə qaba qoyaraq ərazidən uzaqlaşdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR