Nazir şəhid ailəsini ziyarət etdi

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Naftalan rayonuna səfəri çərçivəsində şəhid ailəsini ziyarət edib.

Metbuat.az nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, nazir iki şəhid qardaş – I Qarabağ müharibəsi şəhidi Mehman Bayramov və Aprel döyüşləri şəhidi kapitan Vaqif Bayramovun ailə üzvləri ilə görüşüb.

Görüşdə yaxınları şəhidlərlə bağlı xatirələrini bölüşüblər, onların keçdiyi rəşadətli döyüş yolundan danışıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR