Kazemironun şəxsi ticarət mərkəzinə verdiyi ad gündəm oldu -

“Mançester Yunayted” klubunun futbolçusu Kazemiro Braziliyada ticarət mərkəzi tikdirib.

Metbuat.az xəbər verir ki, futbolçu vətənində inşa etdirdiyi ticarət mərkəzinə “Madrid Mall” adını verib. Futbolçunun hazırda “Mançester Yunayted”də oynamasına baxmayaraq, ticarət mərkəzinə keçmiş klubunun adını verməsi birmənalı qarşılanmayıb.

Lakin bəzi dairələr iddia edir ki, Kazemiro ticarət mərkəzinə adı hələ “Real Madrid”də oynayarkən verib. Fotolar sosial mediada paylaşılıb.

Qeyd edək ki, Kazemiro ötən mövsüm “Real Madrid”dən “Mançester Yunayted”ə transfer olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR