​Finlandiyanın Moskvadakı səfirliyinə təhdid məktubu göndərildi

Finlandiyanın Moskvadakı səfirliyinə içində maddə olan üç məktub göndərilib.

Metbuat.az xəbər verir ki, Finlandiya səfirliyi məktubu aldıqdan sonra Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. RİA xəbər agentliyinin məlumatına görə, məktubların içərisində barıt olduğu qeyd edilib.

Qeyd edək ki, Finlandiya rəsmi olaraq NATO-ya qoşulduqdan sonra Moskva ilə Helsinki arasında münasibətlər kəskin şəkildə pisləşib. Finlandiya Rusiya ilə uzun quru sərhədini bölüşür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR