Pentaqonun məlumat sızmasını təşkil edən KİMDİR? -

ABŞ hüquq-mühafizə orqanları Massaçusetsdə Pentaqonun məxfi sənədlərini sızdırmaqda şübhəli bilinən şəxsi həbs edib .

Metbuat.az TASS-a istinadən xəbər verir ki, həmin şəxs Milli Qvardiya Hərbi Hava Qüvvələrinin üzvü olan Amerika vətəndaşı Cek Duqlas Teyşeyradır. Məhkəmənin cümə günü onun işinin Vaşinqtona ötürülməsi ilə bağlı qərar verəcəyi gözlənilir. O məxfi sənədləri "Discord" onlayn platformasında dərc edib.

"The New York Times" yazır ki, şübhəlini 30 ilə qədər həbs cəzası gözləyə bilər. Bu arada mediada sızdırıldığı iddia edilən məxfi sənədlər ilə bağlı yeni məlumatlar yayılmaqda davam edir. Bu barədə Pentaqon da daha nə qədər məlumatın dərc oluna biləcəyini bilmir.

Nəşr qeyd edib ki, sosial şəbəkələrə sızan sənədlər brifinq slaydlarını ehtiva edir, bəziləri Pentaqonun Birgə Qərargahı tərəfindən xüsusi hazırlanmış, digərləri isə digər milli təhlükəsizlik rəsmiləri üçün gündəlik brifinqlərə daxil edilən kəşfiyyat məhsulları kimi görünür.

Ukraynadakı müharibədən əlavə Çin, İran, Cənubi Koreya və İsrailin adı çəkilir. Sənədlər həm Ukrayna, həm də Rusiya üçün vacib məsələlərə işarə edir və hər iki ölkənin qoşunların hazırlanması və təchiz edilməsində çətinliklərlə üzləşdiyini göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR