“Aktyorlar üçün qəbiristanlıq yaradılsın” -

Xalq artisti Afaq Bəşirqızı aktyorlar üçün qəbiristanlıq salınmasını istəyir.

Metbuat.az xəbər verir ki, bu barədə ustad aktrisa "ATV səhər"ə açıqlamasında bildirib. Bəşirqızı Rusiyadakı mədəniyyət xadimləri üçün salınan Novodeviçye qəbiristanlığını misal çəkərək Azərbaycanda da yaradılmasını təklif edib:

"Neçə vaxtdır deyirəm ki, aktyorlar üçün qəbiristanlıq yaradılsın. Çünki aktyorlar, incəsənət adamları rəhmətə gedəndə hamı qalır bir-birinə baxa-baxa. Çətinlik çəkilir, gözləyirlər ki, Qurd qapısından, Xırdalandan xəbər verilməlidir. Tanınmış aktyorlar bir arada olmalıdırlar. Novodeviçye qəbiristanlığına giriş bizim pulla 3 manatdır. Oradan yığılan pul isə işçilərə verilir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR