Ərdoğan Ramazan bayramı münasibətilə türk xalqını təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk xalqını müsəlmanların müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Bu il Ramazan ayını 6 fevral zəlzələləri nəticəsində çoxlu sayda həmvətənimizin həlak olmasının acısını yaşayaraq hüznlə qarşıladıq. Bir daha sayları 50 mindən çox olan zəlzələ və daşqın qurbanlarına Allahdan rəhmət, qohumlarına və yaxınlarına isə səbr diləyirəm. Seçki kampaniyası, hökumət tədbirləri, məişət qayğıları bizə fəlakət zonasının ehtiyaclarını unutdurmayacaq. Təbii fəlakət zonasında ümumilikdə 650 mindən çox ev tikiləcək ki, bunun da 507 mini şəhərlərdə, 143 mini kəndlərdə olacaq. Bunun 319 mini bu il ərzində tikilib istifadəyə veriləcək” - Türkiyə Prezidenti deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR