Cənubi Koreya Rusiyaya düşmənçilik edir-

Kremlin sözçüsü Dmitri Peskov Cənubi Koreyanın Ukraynaya silah yardımı edə biləcəyi barədə açıqlamalara münasibət bildirib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Qərb Cənubi Koreyanı Ukraynadakı müharibəyə daha çox cəlb etmək istəyir. Peskov Cənubi Koreya prezidenti Yoon Suk Yeolun Ukraynaya daha çox dəstək verə biləcəklərinə dair sözlərini tənqid edib. Cənubi Koreyanın Ukrayna müharibəsi başlayandan bəri Rusiyaya qarşı düşmənçilik etdiyini deyən Peskov, "Sanksiyalarla bağlı yeni bir şey yoxdur. Cənubi Koreya bu mövzuda düşmən mövqe sərgiləyib. Təəssüf ki, Seul bütün dövr ərzində düşmənçilik edib. Getdikcə daha çox ölkə bu yanaşmanı mənimsəyir. Münaqişənin içinə çəkilir” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR