Mbappe əsrin rekordunu təkrarladı

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa çempionatının 32-ci turunun “Anje” ilə matçında XXI əsrin rekordunu təkrarlayıb.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, PSJ-nin 2:1 hesabı ilə qalib gəldiyi matçda 25 yaşlı forvard dubl etməklə 1-ci Liqa liderinin titulun bir addımlığına yaxınlaşmasına kömək etməklə yanaşı, həm də şəxsi nailiyyətə imza atıb.

Hücumçu turnirdə 214 qolda (157 qol, 57 məhsuldar ötürmə) iştirak etməklə Dmitri Payetin təkbaşına saxladığı rekordunu təkrarlayıb.

Payet 2005/2006 mövsümündə Liqa 1-də debüt edib və “Marsel”, “Nant”, “Sent-Etyen” , “Lill” kimi klubların formasını geyinib. Futbolçu elit divizionda ümumilikdə 489 oyun keçirib (101 qol).

Mbappeyə rekordu təkrarlamaq üçün 8 mövsüm və 210 matç kifayət edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR