Sevgilisindən ayrılan şəxsin davranışı gündəm oldu - 21 saat diz çökdü /

Çində lentə alınan kadrlar maraqla qarşılanıb.

Metbuat.az xəbər verir ki, Dazhou şəhərində naməlum şəxs əlində gül dəstəsi ilə 21 saat diz üstə dayanıb. Məlumata görə, diz çökən şəxsin saatlarla belə vəziyyətdə dayanması sakinlərin diqqətini çəkib. Sakinlər onu fikrindən daşındırmağa çalışsalar da, müvəffəq ola bilməyiblər. Yağışın altında qalan şəxs bildirib ki, o sevgilisi tərəfindən tərk edildiyi üçün belə davranır.

Sevgilisindən bağışlanmasını istəyən gənc, ölkə mediasında gündəm olub. Gənc bir neçə gün əvvəl sevgilisinin ondan ayrıldığını ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR