“Azov döyüşçüsü”ndən ETİRAF:

“Ukrayna ərazilərini azad etmək üçün Rusiyanın bir neçə kiçik şəhərini ələ keçirə bilər”.

Metbuat.az xəbər verir ki, bu barədə “Azov döyüşçü”sü Boqdan “Tavr” Kroteviç “The Washington Post” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, cəmiyyətin bu müharibənin tezliklə bitəcəyi ilə bağlı illüziyaya əsaslanan gözləntiləri özünü doğrultmayıb.

“Əksəriyyət güman edir ki, müharibə tez bitəcək və ya bizim əvəzimizə başqası qalib gələcək. Bu, hələ baş verməyib. Ona görə də biz ölkənin mülki əhalisinə başa salmağa çalışırıq ki, ərazilərimizi azad etməkdə bizə kömək etmək lazımdır”,- deyə Kroteviç vurğulayıb.

Qarşıda hansı hücum taktikasının planlanması ilə bağlı suala cavab verən Kroteviç qeyd edib ki, Ukrayna ilk Rus-Çeçen müharibəsindəki kimi hərəkət edə bilər.

“Bu taktikadan əvvəllər çeçenlər düşmən üzərində təsir rıçaqlarına sahib olmaq üçün istifadə edirdilər. Ümumiyyətlə biz hesab edirik ki, çıxış yolu olmayan heç bir vəziyyət yoxdur”-, deyə “Azov döyüşçü”sü qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR