“Qalatasaray” və “Fənərbaxça” "Liverpul"un hücumçusu üçün savaşır

"Liverpul"la müqaviləsi mövsümün sonunda başa çatacaq olan Roberto Firmino ilə bağlı yeni iddia ortaya atılıb.

Metbuat.az Türkiyə mediasına istindən xəbər verir ki, “Qalatasaray” və “Fənərbaxça” hücumçunu transfer etmək üçün hərəkətə keçib. Məlumata görə, "Liverpul"un baş məşqçisi Jurgen Kloop hücumçunu saxlamaq üçün israr etsə də, Firminonun klubdan ayrılmaq barədə qəti qərar verdiyi deyilir.

Məlumata görə, Avropanın bir sıra klubları da Firminonu transfer etməyə çalışır. Qeyd edək ki, braziliyalı futbolçu "Liverpul"da 360 oyunda 109 qol vurub və 79 qolun ötürməsini verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR