"Mərkəzi Asiyada su çatışmazlığı müharibəyə səbəb ola bilər" -

SSRİ ittifaqı quruluduğu ilk dönəmlərdə bu ərazidə Tacikistan adlı dövlət olmayıb. Bütün bu ərazilər Türküstan bölgəsinə aid idi. 1924-cü ildə bolşeviklər bölgədə Tacikistan adlı respublika və əvvəlki adı Göytəpə olan Düşənbə adlı şəhər yaratdılar Tacikistanla Qırğızıstan arasındakı münaqişə keçmiş SSRİ dövründən başlayıb. Digər bölgələrdə olduğu kimi Türküstanda da taciklər bu imperiyanın süqutundan sonra ərazi iddiaları irəli sürməyə başladılar.

Tacikistanla Qırğızıstan Respublikası arasındakı sərhəddin uzunluğu 970 km-dir. İndiyə qədər onun 507 km-nin müəyyən edilməsinə baxmayaraq, hələ də 70-dən çox mübahisəli məqam mövcuddur. Tacikistan iki ölkə arasındakı sərhəddin 1924-1939-cu illərin, Qırğızıstan isə 1958-1959-cu illərin xəritəsinə əsasən müəyyən edilməsinin tərəfdarıdır.

1960-cı ildə əldə edilmiş razılaşmaya əsasən suyun 37%-nin istifadəsinə limit qoyulmuşdu. Lakin su çatışmazlığı səbəbindən tərəflər arasında münaqişə yaranmışdı. İran Tacikistan Su Elektrik Stansiyasının və su anbarının tikintisinə 2010-cu ildə başlayıb. Həmin vaxt mümkün su qıtlığına görə Özbəkistan buna etiraz etsə də, Qırğızıstan bu məsələyə daha sərt reaksiya bildirdi. Beləliklə bu hadisədən 10 il sonra aprelin 28-29-da iki respublika (Qırğızıstan-Tacikistan) arasında toqquşmalar baş verdi. 2015-ci ilin avqustunda yenidən baş vermiş toqquşma nəticəsində isə Qırğızıstanın Kuk-Taş kəndinin sakinləri Tacikistanın Çorkuh icmasının əraziyə daxil olmasının qarşısını almaq üçün su kanalını bağladılar. Buna cavab olaraq isə Tacikistan Qırğızıstan qəbiristanlığına gedən yolu bağladı. Bu münaqişə 13 nəfərin yaralanmasına səbəb oldu.

Ekspertlərin araşdırmalarına əsasən XXI əsrdə su və ehtiyatlar uğrunda müharibələrin olacağı ehtimal edilir. Bu baxımdan Özbəkistan, Tacikistan və Qırğızıstan arasındakı münaqişə bu qarşıdurmanın əlaməti sayıla bilər. Nəzərə almaq lazımdır ki, rayonda su qıtlığı və ya su tullantıları səbəbindən Aral dənizi də quruyub.

Yeri gəlmişkən, İsfara (Tacikistan) və ya İsfara (Özbəkistan) Sırdərya çayı hövzəsində Batken (Qırğızıstan), Suqd (Tacikistan), Fərqanə (Özbəkistan) əyalətləri arasında yerləşir. Hazırda bu çaydan tamamilə kənd təsərrüfatında istifadə olunduğu üçün suyu Sırdəryaya çatmır. Hövzədə 185.000 nəfər məskunlaşıb. Hazırda çayın səviyyəsi 50 sm aşağı düşüb

Su problemi geosiyasi problemdirmi? Tacikistanla münaqişə türk ölkələrinin gələcəkdə Orta Asiyaya inteqrasiyasının qarşısını almaq və ya əngəlləmək üçün istifadə edilə bilər.

1960-cı ildə əldə edilmiş razılaşmaya əsasən suyun 37%-nin istifadəsinə limit qoyulmuşdu. Lakin su çatışmazlığı səbəbindən tərəflər arasında münaqişə yaranmışdı.

ABŞ və digər NATO qüvvələri Əfqanıstandan çıxmağa başlayıb. Bu proses gələcəkdə regionda münaqişə ocaqlarının yaranmasına şərait yarada bilər. Tacikistanda 1992-1997-ci illərdə vətəndaş müharibəsi baş vermişdir. Üstəlik, Tacikistan həmin illərdə Əfqanıstanda silahlıların bazası olub. Ona görə də Qırğızıstanla Tacikistan və Özbəkistanla Tacikistan arasında yarana biləcək münaqişə bölgədə müharibəyə səbəb ola bilər.

Aprelin 29-da Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Təhlükəsizlik Şuralarının katiblərinin iclası keçirildi. Bu hərbi bloka Qırğızıstan, Özbəkistan və Tacikistan daxildir. Bu birliyin üzvləri arasında yeni münaqişə ocağının yaranması onun perspektivlərini şübhə altına alır. Belə olan halda üzvləri bir-biri ilə ziddiyyət təşkil edən hərbi bloka yeni üzvlərin qəbulu və ya ona qoşulmaq cəhdi bəlkə də əlverişsiz ola bilər. KTMT-nin baş katibi Stanislav Zasın sözlərinə görə, Qırğızıstan-Tacikistan sərhədindəki münaqişə qısa müddətdə sülh yolu ilə həll edilməlidir. Belə bir çıxış onu göstərir ki, hərbi blokun bu cür vəziyyətləri aradan qaldırmaq və ya tərəfləri barışdırmaq üçün addımlar atmaq planları yoxdur. Deməli, bu o deməkdir ki, hələ qurum belə münaqişələri həll etmək gücündə deyil.

MAMM Türküstan Araşdırmalar Departamentinin eksperti Cavidan Abbas Metbuat.az üçün


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR