“Formula 1” Azərbaycan Qran-Prisi günlərində paytaxtda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən “Formula 1” Azərbaycan Qran-Prisi günlərində Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraitini açıqlayıb.

Xidmətdən Metbuat.az-a verilən məlumata görə, aprelin 28-də saat 18:00-dək hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, sürəti saniyədə 9-14 metr olacaq, arabir 16 metr təşkil edəcək. Havanın temperaturu 20-24° isti olacaq.

Saat 18:00-dan 21:00-dək hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, sürəti saniyədə 8-13 metr təşkil edəcək. Havanın temperaturunun 17-20° isti olacağı proqnozlaşdırılır.

Aprelin 29-da saat 09:00-dan 12:00-dək hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Saat 09:00-dan 10:00-dək zəif duman müşahidə ediləcək. Cənub-şərq küləyi əsəcək, sürəti saniyədə 7-12 metr təşkil edəcək. Havanın temperaturunun 17-20° isti olacağı bildirilir.

Saat 12:00-dan 15:00-dək hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, sürəti saniyədə 7-12 metr təşkil edəcək. Havanın temperaturunun 21-26° isti olacağı ehtimal edilir.

Saat 15:00-dan 18:00-dək hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, sürəti 7-12 metr/saniyə təşkil edəcək. Havanın temperaturunun 22-27° isti olacağı ehtimalı var.

Saat 18:00-dan 21:00-dək hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, sürəti 6-11 metr/saniyə təşkil edəcək. Havanın temperaturunun 18-22° isti olacağı proqnozlaşdırılır.

Aprelin 30-da saat 09:00-dan 12:00-dək hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi ehtimalı var. Cənub küləyi əsəcək, 7-12 metr/saniyə təşkil edəcək. Havanın temperaturunun 19-24° isti olacağı bildirilir.

Saat 12:00-dan 15:00-dək hava şəraitinin yağmursuz keçəcəyi ehtimalı var. Cənub küləyi əsəcək, 5-10 metr/saniyə təşkil edəcək. Havanın temperaturu 25-29° isti olacaq.

Saat 15:00-dan 18:00-dək hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, saat 18 radələrində arabir tutulacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, sürəti saniyədə 7-12 metr təşkil edəcək. Saat 18 radələrində şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 8-13, arabir 15 metr olacaq. Havanın temperaturunun 28°-dək isti, saat 18 radələrində 23°-yə yaxın olacağı proqnozlaşdırılır.

Saat 18:00-dan 21:00-dək hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, saat 20:00-21:00 aralığında buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 9-14 metr olacaq, arabir 16-18 metrədək güclənəcək. Havanın temperaturu 17-20° isti olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR