Hər uşağım iki-üç universitet bitirib - Manaf Ağayev

“Bu gün utanmadan, çəkinmədən deyə bilərəm ki, çox xoşbəxt atayam. Uşaqlarım indiyə qədər nə adıma xələl gətiriblər, nə də üzqarası olublar”.

Metbuat.az Olay.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “Xəbər ətər” verilişində qonaq olarkən deyib.

İfaçı övladlarından söhbət açıb:

“Hər bir atanın övladına borcu olur. Şükür Allaha bütün övladlarımı oxutmuşam, evləndirmişəm. Hamısına ev-eşik vermişəm. Mənə qulluq etmələrini istəmirəm. Ziyan və ya cərimə olmayıb. Heç vaxt özümə görə nəsə əldə etməyiblər. Hər uşağım iki-üç universitet bitirib. Manaf özü heç oxuyan olmayıb. Heç orta məktəbi düz-əməlli oxumamışam. Necə mənə oxşaya bilərlər? Anaları ziyalıdır deyə, onlarla məşğul olub. Uşağın genindən, qanından asılıdır”.

Qeyd edək ki, Manaf Ağayevin oğlu Müşviq Ağayev mart ayında sərxoş halda avtomobilini idarə etdiyi üçün yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdı. O, 5 sutkalıq həbs olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı