ABŞ-da güclü zəlzələ baş verdi

ABŞ-ın Alyaska ştatı sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələ yerli vaxtla 16:32-də (Bakı vaxtı ilə 20:32) baş verib.

Yeraltı təkanların episentri Alyaskanın Çiqnik kəndindən 106 km şərqdə yerləşib. Zəlzələ yerin 77 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı