SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt yüksək təzyiqli magistral qaz kəmərinin yeni çəkilmiş hissəsinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı, 02.05.2023-cü il tarixində saat 09:00-dan etibarən 03.05.2023-cü il tarixində işlər başa çatanadək “Goranboy”, “Naftalan”, “Goran qəsəbəsi” və “Gilan Knauf” MMC ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
“Azəriqaz” İstehsalat Birliyindən Metbuat.az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Naftalan şəhərinin tam olaraq, Goranboy rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.