Axşam.az-ın məlumatına görə, “İncə+” verilişinin qonağı olan müğənni peşəkar boksçu olduğunu deyib:
“Gecə 2-də də, 3-də də yatsam səhər 7-nin yarısı oyanıram. Alimlər təsdiq edib ki, 4 saat yuxu yatmaq kifayətdir. Mən həm də idmanla məşğul oluram. Peşəkar boksçuyam. Şirniyyat yemirəm. Formada qalmaq üçün çox hərəkət edirəm. Yay olanda səhər və axşam dənizə yollanıram. Üz dərimə də qulluq edirəm. Yeganə kişi ifçısıyam ki, üzümə təraşdan sonra ətir vurmuram. İsti su ilə yuyub, üstündən soyuq su vururam”.
S.Səmədov xanımların plastik əməliyyat etdirməsinə də münasibət bildirib:
“Səhnədə olan qadın baxımlı görünməlidir. Plastik əməliyyata, tatuaja normal baxıram. Həyat yoldaşım cavanlıqda belə şeylər etməyib. İndi yaşlanıb. Amma estetik əməliyyat etdirmək istəsə etiraz bildirmərəm”.