İki maşın toqquşdu - Xəsarət alan var

Şəki şəhərində yol qəzası olub.

Rayonun Baş Zəyzid kənd sakini Vasif Abdulsalamovun idarə etdiyi “VAZ-2106” və Kiçik Dəhnə kənd sakini İlham Səmədovun idarə etdiyi “Niva” markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində “VAZ-2106”nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müvafiq ekspertiza təyin olunub və Şəki Şəhər-Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR