“Avroviziya” mahnı müsabiqəsində səs vermə mərhələsi başa çatıb.
Metbuat.az xəbər verir ki, Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya və Norveç təmsilçiləri finala keçiblər.
Azərbaycanı təmsil edən Tural və Turan əkiz qardaşları isə yarışmanın final mərhələsinə vəsiqə qazana bilməyiblər.
00:21
Liverpulda “Avroviziya” mahnı müsabiqəsində təmsilçilərimiz Tural və Turan əkiz qardaşları çıxış ediblər.
Metbuat.az xəbər verir ki, 12-ci nömrə altında çıxın edən əkizlər “Tell Me More” mahnısını ifa ediblər.
Həmin görüntüləri təqdim edirik:
23:10
“Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.
Metbuat.az xəbər verir ki, yarış Böyük Britaniyanın Liverpul şəhərində təşkil olunub.
Belə ki, bu gün 15 ölkənin təmsilçiləri səhnəyə çıxacaqlar. Onlar arasında Azərbaycanı təmsil edən Tural və Turan Bağmanov qardaşları da yer alıb. Əkizlər 12-ci nömrə altında səhnəyə çıxacaq.
Birinci yarımfinalda Norveç, Malta, Serbiya, Latviya, Portuqaliya, İrlandiya, Xorvatiya, İsveçrə, İsrail, Moldova, İsveç, Çexiya, Niderland və Finlandiya da mübarizə aparacaq.
Səsvermə canlı konsert zamanı açıqdır.
Qeyd edək ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilən müsabiqənin növbəti yarımfinalı 11 mayda, final isə mayın 13-də keçiriləcək. Azərbaycanı Tural və Turan Bağmanov qardaşları “Tell me more” mahnısı ilə təmsil edir.