Xəyanəti bağışlamadı - Tanınmış cütlük ayrılır

“Qalatasaray”ın futbolçu Mauro İkardinin Vanda Naraya xəyanət etdiyi irəli sürülüb.

Metbuat.az xəbər verir ki, xəyanət iddiaları tərəflər arasında gərgin olan münasibəti daha da gərginləşdirib. Məsələ ilə bağlı açıqlama verən İkardi bildirib ki, o, evli və sadiq biridir. Xəyanət iddialarını rədd edən İkardi həyat yoldaşına sadiq qalacağını ifadə edib. Vanda Nara da İkardinin xəyanət iddiaları barədə danışıb. "Həyat sənə ağlayaraq yuxuya getdiyin bütün gecələrin mükafatını verəcək. Həmişə incindin və hələ də güvənməyə davam etdin. Həmişə məyus oldun və xəyal qurmağa davam etdin. Bir gün gələcək o qədər yaxşı iş görəcəyik ki, bu gün çatışmazlıq olsa belə bol-bol sahib olacağıq” – Nara sosial media hesabında yazıb.

Qeyd edək ki, bir neçə dəfə ayrılıb-barışan cütlüyün yenidən ayrılmağa hazırlaşdığı irəli sürülür. Bundan əvvəl də, tərəflər xəyanət iddialarına görə ayrılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı