UEFA-dan Türkiyəyə xoş xəbər

2023 UEFA Çempionlar Liqasının finalı planlaşdırıldığı kimi 10 iyun 2023-cü ildə İstanbulda oynanılacaq.

Metbuat.az NTV Spor-a istinadən xəbər verir ki, bu barədə UEFA məlumat verib.

UEFA-nın açıqlamasında, "2023 UEFA Çempionlar Liqasının finalı planlaşdırıldığı kimi, 10 iyun 2023-cü ildə İstanbulda oynanılacaq. Bunun əksi ilə bağlı UEFA heç bir siyasi qurum, hökumət və ya milli futbol federasiyası ilə müzakirə aparmayıb” deyə bildirilir.

Qeyd edək ki, İngiltərə mətbuatı UEFA Çempionlar Liqasının finalının İstanbuldan alına biləcəyini iddia etmişdi. İddialara görə, UEFA Türkiyədə mayın 14-də keçiriləcək seçki ilə bağlı yarana biləcək gərginliyi nəzərə alaraq Çempionlar Liqasının finalını İstanbuldan geri almağı planlaşdırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR