"Türkiyədə seçkilərə müdaxilə ittihamlarını qəti şəkildə rədd edirik" - Dmitriy Peskov

Rusiya Türkiyə müxalifətinin bu ölkədə keçirilən prezident seçkilərinə müdaxilə ittihamlarını qəti şəkildə rədd edir.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib. O qeyd edib ki, bundan söhbət belə gedə bilməz

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun TASS-a Türkiyədə keçirilən prezident seçkilərinə guya müdaxilə ilə bağlı bəyanatını şərh edən Kreml nümayəndəsi razılaşıb ki, “cənab Kılıçdaroğlunun Türkiyədə çoxlu səs-küyə səbəb olub".

"Biz dərhal bildirdik ki, Türkiyədə seçkilərə müdaxilə ittihamlarını qəti şəkildə rədd edirik. Bundan söhbət belə gedə bilməz", - deyə mətbuat katibi qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı