Səslərin çoxu sayıldı - Rəsmi nəticələr / YENİLƏNİB

Türkiyədə səsvermə bülletenlərinin 95,09 sayılıb. “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 44,76 faiz, ATA İttifaqının namizədi Sinan Oğan 5,28 faiz, Məmləkət Partiyasının sədri Muharrem İncə 0,44 faiz (seçkilərə üç gün qalmış namizədliyini geri götürüb – red.) səs qazanıb.

Metbuat.az TRT-yə istinadən xəbər verir ki, Türkiyədə seçki qutularının 98.13 faizi açılıb.

Parlament seçkilərində nəticələrə görə, “Cümhur İttifaqı” 49,62 faiz, “Millət İttifaqı” 35 faiz, “Əmək və Azadlıq İttifaqı” 10,21 faiz, “Ata İttifaqı” 2,27 faiz, “Sosialist Güc Birliyi” 0,27 səs toplayıb.

Qeyd edək ki, prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.

Həmçinin Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.


***01:02***

Seçkilərin ilkin rəsmi nəticələri açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.

Bildirilib ki, hazırda seçki bülletenlərinin 93.00 faizi sayılıb.

İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 49,70%

Kamal Kılıçdaroğlu - 44,60%

Sinan Oğan - 5,30%


***00:34***

Seçki bülletenlərinin 90.06 faizi sayılıb.

İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 49,90%

Kamal Kılıçdaroğlu - 44,40%

Sinan Oğan - 5,30%


***00:08***

Seçki bülletenlərinin 89.10 faizi sayılıb.

İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 49,90%

Kamal Kılıçdaroğlu - 44,30%

Sinan Oğan - 5,30%


***23:57***

Seçki bülletenlərinin 87.60 faizi sayılıb.

Bu nəticəyə görə prezidentliyə namizədlərin səsləri:

Rəcəb Tayyib Ərdoğan - 50,00%

Kamal Kılıçdaroğlu - 44,20%

Sinan Oğan - 5,30%



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı