“Real Madrid” PSJ-nin hücumçusu Kilian Mbappeni bu mövsümün sonunda almaqdan imtina edib.
Metbuat.az xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat verib. Bildirilir ki, “Real Madrid” Mbappe üçün transfer məbləği ayırmaq istəmir. Buna görə, klub Mbappe üçün yalnız 2024-cü ildən sonra hərəkətə keçə bilər. Bildirilir ki, Mbappenin PSJ ilə müqaviləsinin müddəti 2025-ci ilə qədər olduğu üçün “Real Madrid” bu müddətə qədər gözləyərək futbolçunu azad agent kimi transfer etməyi planlaşdırır.
Məlumata görə, İspaniya klubunun belə qərar qəbul etməsi Vinisius Juniorun uğurlu oyunu ilə bağlıdır. “Real Madrid” Juniorun çıxışından razı qaldığı üçün Mbappe üçün fantastik məbləğlər ayrımaq istəmir.