MHP liderindən seçkilərin nəticələri ilə bağlı AÇIQLAMA

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı seçkinin nəticələri ilə bağlı yazılı açıqlama yayıb.

O, bildirib ki, 14 may 2023-cü ildə Türkiyə qalib gəlib.

“14 may 2023-cü il tarixində yerli və beynəlxalq seçki dairələrində keçirilən prezident və parlament seçkiləri Türkiyə siyasəti və demokratiyası baxımından tarixi xarakter daşıyır. Belə ki, türk milləti bütün dünyaya demokratiya dərsi verdi, haqsız iddiaları, nalayiq eyhamları, əsassız ittihamları boşa çıxardı. Sevimli xalqımız iradə azadlığını qorudu. Seçkilər şəffaf, dürüst və hüquqi çərçivədə keçirildi”, - deyə Baxçalı bəyan edib.

O, bildirib ki, Ali Seçki Şurası prezident seçkilərində lazımi səs çoxluğu əldə olunmadığından ikinci turun 28 may 2023-cü il tarixində keçirilməsini qərara alıb və Milliyətçi Hərəkat Partiyası şübhəsiz ki, bu qərara hörmətlə yanaşır, həm də ona əməl edir.

“Bizim seçkinin nəticələrinə və demokratiyaya sadiqliyimiz şübhəsizdir. Türk milləti 28 May 2023-cü ildə keçiriləcək prezident seçkilərində sabitliyi, müstəqilliyi və gələcəyi dəstəkləyəcək. Bu bizim gözləntimiz və inancımızdır.

Türkiyə Böyük Millət Məclisində Cümhur İttifaqının çoxluğunu nəzərə alsaq, Türkiyənin siyasi fikir ayrılıqları və böhranlar girdabına düşməməsi üçün 13-cü prezidentin buna uyğun seçilməsi də ölüm-dirim məsələsidir. Üstəlik, Prezident İdarəetmə Sisteminin mahiyyəti də bunu tələb edir. Milliyyətçi Hərəkat Partiyası bütün Türkiyə boyu çox ciddi bir müvəffəqiyyət əldə etdi. Xəyanətkar və murdar düşmən mühasirəsi qırıldı. Bizə qarşı hazırlanmış əməliyyatlar puç oldu. Bütün oyunları haqq sahibi olan sevimli xalqımız pozdu. Cümhur İttifaqı Türkiyə Böyük Millət Məclisində deputat sayı və siyasi dəstək baxımından üstünlüyünü sübut etdi”, - partiya sədri qeyd edib.

Baxçalı türkiyə xalqına partiyaya və Cümhur İttifaqına verdiyi dəstəyə görə təşəkkür edərək Prezident Ərdoğanı, eləcə də seçilmiş deputatları təbrik edib.

Mənbə: Haber Global


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı