Ağdaşda 6 otaqlı evdə yanğın olub

Ağdaş rayonunun Ləki qəsəbəsində ümumi sahəsi 336 m² olan, tikintisi başa çatmayan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 32 m² sahədə və çardağının yanar konstruksiyaları 32 m² sahədə yanıb.

Metbuat.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR