​LDU-da “Heydər Əliyevin aqrar elmin inkişafında rolu” mövzusunda elmi-praktik konfrans olub

LDU-da Azərbaycan Respublikası Elm Təhsil Nazirliyinin “Torpaqşünaslıq Aqrokimya İnstitutu” Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin aqrar elmin inkişafında rolu” mövzusunda birgə elmi - praktik konfransişinə başlayıb.

Metbuat.az xəbər verir ki, konfrans iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Elmi-praktik konfransı LDU-nun rektoru, prof. Natiq İbrahimov açıb iştirakçılara uğurlar arzulayıb. Prof.Natiq İbrahimov Ulu öndər H.Əliyevin Azərbaycanda aqrar sahənin inkişafındakı böyük rolundan söz açıb. Bildirib ki, Azərbaycanda aqrar sahənin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır ümummilli lider həm keçmiş sovetlər dönəmində, həm müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi aqrar sahədə ciddi islahatlar aparmışdır. Bunun nəticəsində isə resurslardan məqsədyönlü səmərəli istifadə təmin olunub, sahənin dayanıqlı inkişafı üçün əsaslı baza yaradılıb. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş hazırda davam etdirilən uğurlu aqrar siyasət Cənab Prezident İlham Əliyev tərəfindən böyük əzmkarlıqla, uğurla davam etdirilir. Rektor N.İbrahimov bildirib ki, Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi daimi diqqət qayğı, eyni zamanda imzaladığı son fərman sərəncamlar nəticəsində kənd təsərrüfatının bütün sahələri dinamik inkişaf edir, köklü dəyişikliklər baş verir zəruri potensialın formalaşdırılması üçün məqsədyönlü tədbirlərin icrası həyata keçirilir. Prof. Natiq İbrahimov LDU-da aqrar ixtisaslarda mütəxəssis hazırlanması istiqamətində görülən işlərdən danışarkən bildirib ki, bu sahədə dünya ali təhsil müəssisələrinin modern təcrübəsindən istifadə edilir, tələbələrin praktik vərdişlərə yiyələnmələri məqsədiləuniversitetdə yardımçı təsərrüfat yaradılıb, xaricdən müasir laboratoriyalar alınıb, avadanlıqlar quraşdırılıb bu davam etdirilir


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı