G7 ölkələrinin zirvəsi başladı

Yaponiyanın sədrliyi ilə Xirosima şəhərində G7 ölkələrinin zirvəsi başlayıb.

Metbuat.az xəbər verir ki, sammit liderlərin 1945-ci ildə atom bombası faciəsi ilə bağlı eksponatların sərgiləndiyi Sülh Memorial Muzeyini ziyarəti ilə başlayıb. G7 liderləri Sülh Memorial Muzeyini gəziblər. Ziyarətdən sonra liderlər atom bombası qurbanları üçün tikilmiş məqbərəyə əklillər qoyublar.ABŞ prezidenti Co Bayden 2016-cı ildə keçmiş prezidenti Barak Obamadan sonra Xirosima şəhərinə səfər edən ikinci amerikalı dövlət başçısı olub.

Qeyd edək ki, sammitdə Rusiyanın Ukraynaya hücumu, Şimali Koreyanın nüvə silahları və ballistik raket proqramı, Çinin bölgədə artan hərbi varlığı, eləcə də qlobal iqtisadiyyat və texnologiya kimi qlobal təhlükəsizlik məsələləri müzakirə edilir. Ukrayna prezidenti Vladimir Zelenskinin də sammitində iştirak edəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı