Axtarışda olduğu deyilən Ülviyyə Alovludan paylaşım: "Hakimə zəng elədim" - VİDEO

Xəbər verdiyimiz kimi, jurnalist Ülviyyə Alovlunun axtarışda olması ilə bağlı məlumat yayılıb. Bu barədə qərar Binəqədi Rayon Məhkəməsində çıxarılıb.

Metbuat.az xəbər verir ki, Alovlu instaqram hesabında paylaşım edərək yayılanlara reaksiya verib.

O bildirib ki, Bakıdadır və özünə qulluq etməklə məşğuldur:

"Heç kim də məni axtarmır. 2022-ci ilin xəbərlərini gündəmə gətirməyə, mənim gündəmdə qalmağıma çalışdı. 2022-ci ilin sənədini 2023-cü il kimi qələmə verir. Getdiyim hər yeri bundan sonra işarələyəcəyəm. Hakim Abbas Rzayevə zəng edirəm, deyir ki, belə bir şey yoxdur".

Qeyd edək ki, Ülviyyə Muradova Xalq artisti Flora Kərimova tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq jurnalist barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.

Xatırladaq ki, tərəflər arasında qalmaqala səbəb Ü.Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı