"Bavariya"ya Ronaldo ilə bağlı fantastik təklif

Səudiyyə Ərəbistanının "Əl Nəsr" komandasından ayrılmağı düşünən Kriştiano Ronaldo yenidən Avropa səhnəsinə qayıtmaq istəyir.

Metbuat.az xəbər verir ki, Almaniya nəhəngi "Bavariya" portuqaliyalı ulduzla bağlı maraqlı təklif alıb. Ronaldoya yaxınlığı ilə bilinən məşhur jurnalist Piers Morgan bildirib ki, “Bavariya”nın icraçı direktoru Oliver Kan Ronaldo ilə bağlı maraqlı təklif alıb.

İddialara görə, alman milyarder Markus Şon Oliver Kana göndərdiyini məktubda qeyd edib ki, “Bavariya” Ronaldonu transfer etsə, milyarder bütün xərcləri öz üzərinə götürəcək. “Bavariya”nın təklifə necə cavab verdiyi məlum deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR