Abşeron rayonunun Masazır qəsəbəsindəki evlərin birindən 10 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanıb.
Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aqşin Quliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.