İmran Xan siyasətdən gedir

Pakistanın keçmiş baş naziri İmran Xan siyasətdən geri çəkilə biləcəyini elan edib.

Metbuat.az xəbər verir ki, o, Pakistan Ədalət Hərəkatı partiyasının yüksək vəzifəli şəxslərinin istefa verməsindən sonra Lahorda tərəfdarlarına müraciət edib. O, koalisiya hökuməti ilə danışıqlar aparmaq üçün bir komitə yaradacağını bildirərək deyib:

“Əgər mənim siyasətdən getməyimin ölkəyə (koalisiya hökumətinə) fayda verəcəyinə inansalar və bu məsələdə komitəni qane edərlərsə, mən geri çəkilib siyasətdən gedəcəm”.

Qeyd edək ki, 30-dan çox siyasətçi, o cümlədən yüksək vəzifəli şəxslər Pakistan Ədalət Hərəkatı partiyasından istefa verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı