Qabiliyyət imtahanının nəticəsi yalnız abituriyentin imtahan verdiyi il qüvvədə olur - DİM

Qabiliyyət imtahanının nəticəsi yalnız abituriyentin imtahan verdiyi il qüvvədə olur. Bunun üçün də xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər cari ildə keçirilən müvafiq qabiliyyət imtahanlarında iştirak etməlidirlər.

Bu barədə Metbuat.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, qəbul (V ixtisas qrupunda cari ilin abituriyentləri buraxılış) imtahanında topladığı ümumi balı verilmiş müvafiq şərtini (1 nömrəli əlavə) ödəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar 6 istiqamətdə - təsviri sənət, musiqi sənəti, memarlıq, teatr kino və xoreoqrafiya sənəti, jurnalistika, bədən tərbiyəsi və idman üzrə qruplaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR