"Bundan sonra Türkiyə yeni mərhələyə başlayacaq” - Süleyman Soylu

Süleyman Soylu prezident seçkilərinin ikinci turu üçün səs verib.

Metbuat.az xəbər verir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu səs verdikdən sonra jurnalistlərə açıqlamasında seçki prosesinin problemsiz davam etdiyini bildirib:

“60 gündür ki, Türkiyədə seçki festivalı keçirilir. Seçkilərin nəticəsinin millətimiz üçün xeyirli olmasını arzu edirəm".

Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu keçirilir. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparır. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı